9 Mart 2020 11:15
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan xəstəxayana yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, məlumatda keçmiş prezidentin qan təzyiqinin kəskin dəyişməsi və səhhətinin pisləşməsi səbəbindən istintaq təcridxanasından xəstəxanaya aparıldığı bildirilib.

Hələlik müalicənin xarakteri ilə bağlı qərar cəmiyyətə açıqlanmayıb.

Köçəryanın hansı xəstəlikdən əziyyət çəkdiyi də bilinmir. Bu isə həbsdə olan sabiq dövlət başçısının ölümcül xəstəliyə yoluxması barədə iddianın yayılmasına yol açıb.

Ən ilginc iddia isə onun koronavirusa yoluxması barədədir.

Əlavə edək ki, Robert Köçəryan ötən il oktyabrın 9-da əməliyyat edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər