9 Mart 2020 11:49
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tip koronavirusa (Kovid-19) qarşı tədbirlər çərçivəsində İran parlamentinin fövqəladə iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin Səhiyyə komitəsinin sədri Məhəmməd Hüseyn Qurbani açıqlama verib.

Qurbani iclasın bu gün keçiriləcəyini bildirib.

İclas parlamentin spikeri Əli Laricani və səhiyyə naziri Səid Nəməkinin sədrliyi ilə keçiriləcək.

Qurbani iclasda koronavirusa qarşı mübarizədə görülən tədbirlərin müzakirə ediləcəyini deyib.

İranda bu günədək koronavirusdan 200-dən çox insanın həyatını itirdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər