İran İnqilab məhkəməsi güney azərbaycanlı fəal və vəkil Məhəmməd Güneylini 6 il həbs cəzasına məhkum edib.
Teleqraf.com xəbər verir ki, fəal “özünü dövlət adamı kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə əlaqə qurmaq və əməkdaşlıq etmək”də ittiham olunur.
O, birinci ittihama görə 4, ikinci itihama görə isə 2 il azadlıqdan məhrum edilib.
Məhəmməd Güneyli barəsində irəli sürülən ittihamları əsassız olduğunu bildirərək, qəbul etməyib. Fəala qarşı irəli sürülən ittihamlara əsas verən sənəd və faktlar olmadığı üçün məhkəmənin İran kəşfiyyatının təzyiqi altında baş tutduğu bildirilib.