26 Sentyabr 2014 23:39
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa təhlükəsizlik sisteminin böhranı Ukrayna hadisələri nəticəsində yaranmadı, proses əksinə baş verdi”.


Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məluamat görə, bu sözləri BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələri məhz avroatlantik məkanda yığılan ziddiyyətlərin nəticəsi olaraq ortaya çıxdı.

“Ukrayna böhranı Avroatlantik məkanda illərlə yığılan dərin ziddiyyətlərin nəticəsi idi. “Soyuq müharibə”nin tamamlanmasından sonra elan edilmişdi ki, təhlükəsizlik bütün Avropa üçün bərabər və bölünməz olmalıdır. Amma bu olmadı”, - deyə Rusiya xarici işlər naziri bildirib.


Müəllif:

Oxşar xəbərlər