İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani koronavirusdan sağalıb.
Teleqraf.com xəbər verir ki, katrantində saxlanılan nazir artıq xəstəxanadan evə buraxılıb. Rəhmani müayinəsini evində davam etdirəcək.
Xatırladaq ki, Rəhmanidə kroonavirus martın 4-də təsbit edilmişdi. O, vəziyyəti ağırlaşdığından reanimasiyaya yatırılmışdı.
Qeyd edək ki, İranda indiyədək koronavirusdan 2 min 731 nəfər sağalıb. 291 nəfər Covid-19-dan dünyasını dəyişib. Ümumi yoluxanların sayı isə 8 mini ötüb.