ABŞ Prezidenti Donald Trampın səhhəti normaldır, onunla bağlı koronavirus testi həyata edilməyəcək, dövlət başçısının karantina alınmasına da ehtiyac yoxdur.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin şəxsi həkimi doktor Sean Konley deyib.
Qeyd edək ki, ötən həftə Prezident Tramp Braziliya dövlət başçısı ilə görüşüb. Sonradan Braziliya prezidentində koronavirus aşkarlanıb.
Donald Trampın həkimi isə deyib ki, prezident ötən həftə Braziliya əlaqələr naziri daxil olmaqla bir qrupla görüşüb. Braziliyadan gələn nazirdən virus aşkarlansa da o, çox qısa müddətə Trampla söhbət edib.
Həkim əlavə edib görüşdən sonra yemək ziyafətində olan daha bir şəxsdə virus tapılıb: “Bu iki şəxslə Prezident Trampın təması çox az olub, odur ki, risk azdır. Başqa sözlə, Prezident Trampın evdə karantina alınmasına ehtiyacı yoxdur”.