Türkiyənin Qaziosmanpaşa məhəlləsində oğurluqda şübhəli bilinən şəxs ədliyyə orqanı binasının qarşısından qaçırılıb.
Teleqraf.com xəbər verir ki, oğrunu ədliyyə binası qarşısında gözləyən 4 dostu qaçırıb.
İşin maraqlı tərəfi budur ki, qrup oğurluqda ittiham olunan dostları ilə yanaşı, daha bir polis əməkdaşını da qaçırıblar. Onlar avtomobildə qaçırdıqları polisi özəl bir klinikanın qarşısına buraxaraq qaçıblar.
Həmin olayın görüntüləri ortaya çıxıb.