17 Mart 2020 15:30
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da koronavirusa yoluxanların sayının sürətlə artması amerikalıları silah bazarına yönəldib.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika nəşri “Los-Anceles Tayams” yazıb.

Qəzetin məlumatına görə, Kaliforniya, Vaşinqton və Nyu-York başda olmaqla virusun ən çox yayıldığı bölgələrdə silah satışında rekord nəticə qeydə alınıb.

“Los-Anceles Tayms” koronavirus səbəbindən ictimai asayişin təhlükəli səviyyədə pozulacağın əsas gətirərək, ABŞ hökumətinin silah satışına məhdudiyyətlərin qoymasının vacib olduğunu yazıb.

Qəzet amerikalıların koronavirusa yoluxanlarla silahlı mübarizə aparmaq niyyətində olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər