Ehtimal edirəm ki, koronavirusa qarşı dərman və vaksinlər 2021-ci ilin yazında əldə ediləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniyada epidemiyaya qarşı mübarizədə mühüm rolu olan Robert Kox İnstitutunun rəhbəri, professor Lothar Vieler deyib.
Viruslara qarşı araşdırmaları ilə tanınan və Almaniyanın pandemiya planını hazırlayan Rovert Kox İnstitutu yeni tipli koronavirusa qarşı dərman və vaksinlərin hazırlanmasının uzun illər alacağı qənaətini bölüşüb.
Professor qeyd edib ki, bürokratik istiqamətdə bu mərhələni sürətləndirmək üçün lazım olan addımlar atılmalıdır: “Kliniki testlərin müddəti azaldıla bilər. Ancaq mümkün olan yeni təsirlərin də dərin araşdırılıb təhlükəsizlik profili yaratmağımız lazımdır. Bütün bunlar zaman alacaq”.