İŞİD terrorçu qruplaşmasına qarşı koalisiya qüvvələri mübarizə üsullarını genişləndirir. Almaniya da istisna deyil.
Musavat.com-un məlumatına görə, bu arada bəlli olub ki, Bundesver Almaniya ərazisində 30 kürd silahlısına təlim keçəcək. Xəbəri “Deutsche Welle” nəşri yayıb. Kürdlər Berlinin onlara verdiyi silahlardan istifadə qaydalarını öyrənəcəklər. Söhbət həmçinin, “Milan” raket əleyhinə sistemlərdən gedir.
Buna qədər Bundesver belə təlimləri İraq ərazisində keçirdi. /Musavat.com/