20 Mart 2020 23:00
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının qadın bölməsinin rəhbəri olan təhlükəli terrorçu Qəndil dağlarında məhv edilib.

Teleqraf.com xəbər verir ki, Ayten Amed ləqəbli terrorçu Halide Tarı Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatının İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib.

Bildirilir ki, 1990-cı illərdən PKK sıralarına daxil olan bu qadın təhlükəli terrorçu kimi çoxistiqamətli fəaliyyət göstərib. O, PKK-nın aparıcı simaları ilə daim təmasda olub, terror təşkilatının mühüm tapşırıqlarını icra edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər