21 Mart 2020 00:49
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olan misirli zəvvarları geri qayıtmağa və koronavirusa qarşı 14 gün müddətində ev şəraitində karantində qalmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed Məkkədən qayıdan və səhhətində problem yarandığından şübhə edən zəvvarlara da müraciət edərək onları təcili olaraq "qaynar xətt"ə zəng etməyi və yaxınlıqdakı xəstəxanaların birində analiz verməyi tövsiyə edib.

Nazirlik rəsmisi bildirib ki, martın 20-nə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 256 nəfərə çatıb, onlardan yeddisi həyatını itirib. Bundan başqa, 42 nəfər müalicə edilərək evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər