21 Mart 2020 16:14
5 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylarda erməni lobbi təşkilatları və bəzi ermənipərəst konqresmenlərin fəallığına baxmayaraq, ABŞ-dan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara maddi dəstək təmin etmək mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Erməniləri Araşdırmaları Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Donald Tramp administrasiyası Qarabağı minalardan təmizlənmə proqramı üçün maliyyə resursları ayırmağı dayandırmaq qərarına gəlib.

ABŞ müstəqilliyini tanımadığı Qarabağa birbaşa maliyyə yardımı göstərən yeganə dövlət idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər