22 Mart 2020 19:39
5 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenkonun koranovirusla bağlı açıqlaması ölkədə etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, koronavirusun yayılmasından sonra Belarusa qayıtmayan vətəndaşların getdikləri ölkələrdə qalmasını tələb edib.

O, bundan əvvəl dəfələrlə vətəndaşlara müraciət edərək, başqa ölkələrə getməmələrini tələb etdiyini deyib:

“İnsanları xaricə çıxmaması barədə xəbərdar etdik. Xahiş edirəm, gedənlər qayıtmasın. Bu, onların xətası və seçimidir. Onları geri qaytarmaq üçün təyyarə göndərməyəcəyik”.

Belarus liderinin sözləri mediada yayımlandıqdan sonra ölkədə etirazlara səbəb olub. Vətəndaşlar Lukaşenkonun ünvanına sərt ifadələr səsləndiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər