ABŞ Əfqanıstan rəhbərliyinin inklüziv hökumət barədə razılığa gələ bilməməsindən sonra rəsmi Kabilə yardımı 1 milyard dollar azaldır.
Teleqraf.com xəbər verir ki, bu, ABŞ dövlət katibi Mayk Pompeonun Əfqanıstana səfərindən sonra məlum olub.
“Əfqanıstan rəhbərliyinin bu uğursuzluğu ABŞ-ın milli maraqlarına birbaşa təhlükə yaradır. ABŞ hökuməti Əfqanıstanla əməkdaşlığımıza yenidən baxacaq. Digər məsələlər arasında Əfqanıstandakı xərclərimizi korrektə etdiyimizi elan edirik və bu il üçün yardımı 1 milyard dollar azaldırıq”, – deyə dövlət katibinin yaydığı açıqlamada bildirilir.
O qeyd edib ki, ABŞ 2021-ci ildə yardımları daha 1 milyard dollar azaltmağa hazırdır.