ABŞ-ın Pensilvaniya ştatının Allentovn şəhərində yaşayan 44 yaşlı türk əsilli sakin koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, keçən günlərdə 3 uşaq anası Berrin Güçlenin ağır sətəlcəm olduğu bildirilmişdi.
O, koronavirus testi müsbət nəticələndikdən sonra – iki həftə əvvəl müalicə almaq üçün xəstəxanaya yerləşdirilmişdi.
Son 1 həftədir komada olan Güçlenin son illərdə ağır sətəlcəm keçirdiyi bildirilir. Güçlen ailəsi qızının alış-veriş edərkən kassir tərəfindən yoluxduğunu iddia edir.
50 ildir ABŞ-da yaşayan 70 yaşlı ata Nevzat Güçlenin həyat yoldaşı və kürəkəninin Covid-19 infeksiyası səbəbiylə Allentovndakı ailə evində bir həkim nəzarəti altında karantində saxlanıldığı da bildirilir.