Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.
Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.
Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq./Report/