Prezident Vladimir Putin maaşların saxlanması şərti ilə martın 30-dan aprelin 5-dək olan günləri qeyri-iş günü elan edib.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti bu barədə vətəndaşlara etdiyi televiziya müraciətində açıqlama verib.
Nəticədə həftəsonları da nəzərə alınmaqla tətil martın 28-dən 5 aprel bazar gününə qədər davam edəcək.
Qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar qəbul olunub.