27 Mart 2020 09:23
2 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zellandiyada Nur və Linvod məscidlərinə hücum edərək 51 nəfəri öldürən və 49 nəfəri yaralayan terrorçu Brenton Tarrant haqqında irəli sürülən bütün ittihamları qəbul edib.

Teleqraf.com xatırladır ki, terrorçu indiyə qədər ona qarşı irəli sürülən ittihamları rədd edirdi. Məhkəməyə Covid-19 epidemiyası səbəbindən media nümayəndələri, müsəlmanların təmsilçisi Camal Founda və Linvod məscidinin imamı Əbdül Alabi ilə birlikdə cəmi 17 nəfər qatılıb.

Xatırladaq ki, terrorçu Brenton Tarrant 2019-cu ilin 15 mart tarixində, cümə namazı zamanı avtomat silahla məscidlərə hücum etmişdi. Hücum zamanı 51 nəfər öldürülmüş,49 nəfər isə yaralanmışdı. Növbəti məhkəmə proseslərində qurbanların ailələrinin iştirakı da ehtimaı olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər