27 Mart 2020 22:41
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının dövlət başçısı Si Cinpin tip koronavirus epidemiyasını telefon vasitəsilə müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Tramp özünün Tvitter hesabında məlumat yayıb.

Tramp görüş haqqında “çox gözəl” ifadəsini işlədib, bildirib ki, Çinin Kovid-19 epidemiyası ilə mübarizəsinə sayğı duyur.

Tramp həmçinin əlavə edib ki, epidemiya ilə mübarizədə Çinlə yaxından əməkdaşlıq olunur.

Çin mediası isə yazır ki, Si Cipinin telefon müzakirəsi zamanı ABŞ-a ikitərəfli əlaqələri genişləndirmək üçün sağlam addımlar atılması çağırışını edib. Çin dövlət başçısı görüşdə iki dövlətin epidemiyanı nəzarətə alması və digər istiqamətlərdə əməkdaşlığım qarşılıqlı hörmət və mənfəətlərə əsaslandığına işarə edib.


Müəllif: Cavad