Liviyada qiyamçı general Xəlifə Haftarın daha bir generalı öldürülüb.
Teleqraf.com xəbər verir ki, qiyamçı feldmarşalın Sirt şəhər qərargahının rəisi general Səlim Diryak və köməkçisi Qəddafi əs-Sadai öldürülüb. Liviyanın legitim milli hökumətinin hərbi sözçüsü Məhəmməd Kunun faktı təsdiq edib.
Feldmarşal Haftara bağlı olan Binqazidəki 218 televiziya kanalı bildirib ki, general Səlim Diryak və köməkçisi Qəddafi əs-Sadai Türkiyə istehsalı olan dronlarla məhv edilib.
Xatırladaq ki, dünən Liviyanın legitim hökumətinə bağlı olan qüvvələr qiyamçı general Xəlifə Haftarın Sirt yaxınlığındakı əməliyyat mərkəzinə hava zərbələri endirib. Cavad