29 Mart 2020 14:03
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 koronavirus infeksiyasının yayılmasının ocağı sayılan Çinin Hubey əyaləti iki aylıq fasilədən sonra daxili sərnişin uçuşlarını bərpa edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “People's Daily China” məlumat yayıb.

“Hubey əyalətindən ilk uçuş bazar günü (martın 29-da) İçan hava limanından edildi. Təyyarə ilə 64 sərnişin Futszyan əyalətinin Fuçjou şəhərinə gedib”, – deyə bildirilib.

Martın 29-dan başlayaraq Hubey əyalətinin Vuhan şəhərindəkindən başqa bütün hava limanları daxili sərnişin reyslərini bərpa edəcək.

Vuhanda isə aprelin 8-dən etibarən uşuşlar başlayacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər