30 Mart 2020 12:21
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən üzümü böyük şirkətlərə tuturam. Prezident dedi ki, indi milli həmrəylik günüdür. Böyük şirkətlərdən xahiş edirəm ki, işçiləri, əməkdaşlarını ixtisara salmasınlar. Əksinə, onların əməkhaqlarını verin.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O, əlavə edib ki, kiçik və orta sahibkarlığı anlayırıq: “Cənab prezident bir milyard manat ayırdı. Sözsüz ki, müəyyən mexanizmlər hazırlanacaq. Amma böyük şirkətlər bu məsələdə məsuliyyəti dövlət üzərinə qoymadan öz üzərinə götürməlidir.

Bu ölkədə kasıblarla yanaşı imkanlı ailələr də var. Mən imkanlı ailələri bu gündə kasıb ailələrə köməklik etməyə çağırıram. Hər biri 2-3 kasıb ailəyə dəstək ola bilər. Hesab edirəm ki, belə addım atdıqda heç nə itirməzlər, amma insanlıq adına çox şey qazanarlar”.


Müəllif: Cavad