“ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu ilə bağlı Amerikanın özündə üç variant müzakirə olunur. Birinci məqam, ABŞ-ın Avropada NATO bloku şəklində bahalı bir hərbi varlığı və Yaxın Şərqdəki hərbi qarşıdurmalarda iştirak siyasətinə son verməklə əlaqədardır. Görünür ki, bu nöqteyi-nəzər ABŞ-ın hazırkı Prezidenti Donald Trampın xarici siyasət baxışına ən böyük təsiri göstərir”.
Teleqraf.com xəbər verir ki, bunu Gorc-Taun Universitetinin Beynəlxalq və Regional Problemlər üzrə Tədqiqatlar Mərkəzinin rəhbəri Mehran Kamrava deyib.
“İkinci variant budur ki, ABŞ öz milli maraqlarını silahlarını və hərbi qüvvələrini istifadə etməklə qorumağa davam etməlidir və əlavə olaraq, müttəfiqlərini və tərəfdaşlarını fəal şəkildə dəstəkləmək lazımdır. Yaxın Şərqdən danışarkən bunlar İsrail və Səudiyyə Ərəbistanıdır ki, bu nöqteyi-nəzərin tərəfdarlarına görə, onlar müdafiə olunmalıdır. Əlbəttə, hər şeydən əvvəl bu iki müttəfiq bölgədə İrana müqavimət göstərən əsas ölkələrdir”.
Onun sözlərinə görə, üçüncü nöqtə, həmişə olduğu kimi, ortada bir yerdə yatır:
“Yəni, status-kvonun qorunması – lazım olduqda Amerika qoşunlarının dünyanın müxtəlif bölgələrində uzun müddət saxlanılması, bütün hərbi bazaların qorunub saxlanması, ABŞ müttəfiqlərini dəstəkləmək və Amerikanın milli maraqlarını qorumaq üçün faktiki istifadəsi. Demokratların demək olar hamısı və Demokratlar Partiyasının Konqresdəki nüfuzlu nümayəndələri Amerikanın siyasi quruluşunda bu nöqteyi-nəzərdən çıxış etdilər”.