31 Mart 2020 10:34
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə əlaqədar keçirdiyi mətbuat konfransında CNN müxbirinin ünvanladığı suala qəzəblənib.

Teleqraf.com xəbər verir ki, Tramp CNN müxbiri Cim Akostanın "Daha əvvəlki açıqlamanızda koronavirusun nəzarət altında olduğunu, yaxın zamanda tamamilə məhv olacağını demişdiniz" sözlərinə sərt reaksiya verib.

ABŞ prezidenti insanları sakitləşdirməyə çalışdığını bildirib:

"Heç kəsin təşvişə düşməsini istəmirəm. Sənin kimi insanlar və CNN kimilər xalqı panikaya salacaq şeylər deyirsiniz. Buna görə də artıq heç kəs CNN-ə baxmaq istəmir. Belə məkrli və narahatedici sual əvəzinə normal və həqiqətəuyğun bir sual verə bilərdin".


Müəllif: Nərgiz Cavadzadə