31 Mart 2020 11:07
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan ilk insan Çinin Uhan şəhərində dəniz məhsullarının satıldığı bazarda işləyən 57 yaşlı qadındır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Vey Gixian adlı qadın virusun ilk təsbit edildiyi xəstələr arasında yer alıb.

Bazarda işləyən Vey dekabrda sətəlcəm şikayəti ilə xəstəxanaya müraciət edib. 57 yaşlı qadının müalicə prosesində bir çox insanın yoluxmasına səbəb olduğu bildirilib.

O, bu haqda Çində yayımlanan “The Paper” nəşrinə danışıb: “Özümü yorğun hiss edirdim, amma bu əvvəlki yorğunluqlara oxşamırdı. Hər qış qrip olurdum. Əlbəttə, bunu da adi bir qrip hesab etdim”.

Vey soyuqdəymə diaqnozu ilə xəstəxanada qəbul etdiyi dərmanların səhhətinə pis təsir etdiyini deyib. O, həkimin ona “amansız bir xəstəliyə yoluxmusan” dediyini bildirib. Sonrakı günlərdə isə bazarda işləyən bir çox insanda bu xəstəliyin əlamətlərinin ortaya çıxdığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər