İybilmə və dadbilmə hisslərinin yoxa çıxması koronavirusa yoluxmanın başlıca simptomlarındandır.
Teleqraf.com xəbər verir ki, London Kral Kollecinin alimlərinə görə, bu simptomlara malik pasiyentlərin 59%-ində koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Qeyd olunan əlamətlərə malik insanlar 7 gün evdən çölə çıxmamalıdırlar.