2 Aprel 2020 14:47
3 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Bürosu keçmiş prezident Petro Poroşenko barəsində onun sələfi Viktor Yanukoviç və yaxın adamlarının dondurulmuş bank hesablarındakı 1.5 milyard dolları xüsusi yolla “Wonderbliss Ltd” adlı ofşor şirkətinin hesabına köçürərək mənimsəməsi ittihamı ilə cinayət işi açıb.

Teleqraf.com Ukaryna KİV-ə istinadən xəbər verir ki, müsadirə ittihamı ilə üzləşən Cənubi Kiprdə fəaliyyət göstərən şirkət tərəfindən açılan məhkəmədə çıxarılan qərar əsasında müvafiq cinayət istintaqı aparılıb.

Şirkətin iddiasına görə, Poroşenko vəsaitlərin mənimsənilməsində iştirak edib, xüsusən də təhrikçi kimi çıxış edib. İstintaq “Vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı mənimsəmə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə” maddəsi üzrə aparılıb. Lakin Ukraynanın keçmiş prezidentinin hərəkətlərində cinayət tərkibi olmaması səbəbindən iş martın 20-də bağlanıb.

Əslən ukraynalı olan bir amerikalı iş adamı Sam Kislin 2019-cu ilin oktyabrında Yanukoviç və ətrafından xüsusi müsadirə yolu ilə alınan vəsaitin Poroşenkonun prezidentliyi dövründə hökumət rəsmiləri arasında qeyri-qanuni olaraq bölüşdürüldüyünü iddia etmişdi.

Ukrayna baş prokuroru vəzifəsini icra edən Yuri Lutsenko isə Poroşenkonu yox, Viktor Yanukoviçi ittiham edib. O, dəfələrlə Yanukoviçin Ukraynadan 40 milyard dollar oğurladığını, bunun ölkənin illik büdcəsinə bərabər olduğunu bildirib. Lutsenkonun dediyinə görə, eks-prezidentin yaxınlarının nəzarətində olan şirkətlərin hesablarından ələ keçirilən 1.5 milyard dollar barədə faktları açmaq mümkün olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər