2 Aprel 2020 17:51
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

88 ölkə Türkiyədən səhiyyə dəstəyi istəyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib.

COVİD-19-un sonuncu Avropa ölkəsi olaraq Türkiyəyə daxil olduğunu qeyd edən nazir əlavə edib ki, ölkəsinin səhiyyə sistemi güclü, reanimasiya imkanlarının geniş və çox tutumludur. Tibbi personal baxımdan isə ölkəsinin yetərli və Avropa ilə müqayisədə yaxşı durumda olduğunu bildirib.

Ölkə xaricindən tibbi ləvazimatla bağlı tələb aldıqlarını deyən nazir Koca əlavə edib ki, 30-a yaxın ölkənin təlabatını ödəmək üçün addımlar atıblar:

“Ən son Almaniya 2 milyon ədəd maska istəyib. Bunu da sabah təmin edəcəyik. İngiltərədən də buna oxşar yeni tələb gəlib. İmkanlarımız çərçivəsində bu dəstəyi də göstərəcəyik. Ümumilikdə 88 ölkə bizdən tibbi avadanlıq dəstəyi istəyib”.


Müəllif: Cavad

Oxşar xəbərlər