3 Aprel 2020 15:15
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası ölkə parlamentinin Baş nazir Viktor Orbanı koronavirus pandemiyası kontekstində fövqəladə səlahiyyətlərin qeyri-müəyyən müddətə verilməsi qərarı ilə əlaqədar olaraq Macarıstana qarşı tədbirlərin görüləcəyini istisna etmir.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının spikeri Ursula von der Leyen deyib.

Diplomat Avropa İttifaqının bu vəziyyəti və Macarıstanda qəbul edilmiş yeni qanunvericiliyi yaxından izlədiyini vurğulayıb:

“Lazım gələrsə, ölkələr tərəfindən görülən tədbirlərin vəziyyətə mütənasib olmasını təmin etmək üçün hərəkətə keçməyə hazırıq. Biz Macarıstan hökuməti ilə bu məsələlərdə dialoq aparırıq, amma təkrar edirəm lazım gələrsə, lazımi tədbirləri görməyə hazırıq”.

Qeyd edək ki, Macarıstan parlamenti martın 30-da Baş Nazirə koronavirusun yayılması ilə mübarizədə qeyri-müəyyən müddətə qədər fövqəladə səlahiyyətlər verib. Aİ rəhbərliyi bu qərarı qınayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər