İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 766 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 14 681 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti xəbər yayıb.
Məlumatda bildirilib: "Hazırda koronavirusa yoluxanların sayı 85 388 nəfər təşkil edir".
Ölkədə ötən sutka ərzində 1 480 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 19 758 nəfərdir, yoluxanların ümumi sayı, ölü və müalicə olunanlar da daxil olmaqla, 119 827 təşkil edir.