Efiopiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Li Tadess deyib.
Onun sözlərinə görə, koronavirusdan 60 yaşlı qadın dünyasını dəyişib.
Bundan əlavə, Səhiyyə Nazirliyi həmçinin daha 5 nəfərin koronavirusa yoluxduğunu bildirib.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 43 nəfərə çatıb.