6 Aprel 2020 11:42
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın öndə gedən iqtisadiyyatları səhiyyə sistemi ilə paralel olaraq koronavirus epidemiyası səbəbindən sarsıntıya uğrayıb. Hazırda vəziyyətdən çıxış yolları axtarılır. Xüsusilə, İtaliya və İspaniya kimi ölkələr ciddi borclanma içindədir. Söhbət iqtisadi krizisin günü-gündən dərinləşməsindən gedir.

Teleqraf.com xəbər verir ki, Avropada bəzi liderlər qitənin daxil olduğu iqtisadi böhrandan çıxarmaq üçün II Dünya Müharibəsindən sonar ABŞ tərəfindən irəli sürülən “Marşal Planı”na bənzər bir planın ortaya qoyulmasını tələb edir.

İspaniya baş naziri Pedro Sançez “Qardian” qəzetinə yazdığı məqalədə Avropa Birliyinə yeni çağırış edib. Baş nazir məqaləsində Avropa üçün yeni bir Marşal Planına ehtiyac olduğunu dilə gətirib.

“Vətəndaşlarımız ölür, xəstəxanalar dolub-daşır. Ya həmrəy formada cavab verəcəyik, ya da birliyimiz çökər”,- Baş nazir məqaləsində qeyd edib.

İspan baş nazir Avropa Birliyinin tarixdəki nümunələrdən fərqli bir müharibəylə üzləşdiklərini qeyd edərək bildirib ki, Avropa layihəsi görünməyən düşmən tərəfindən test edilir.

İspaniya kimi ölkələrin epidemiyaya qarşı Avropadan real bir dəstək və həmrəylik gözlədiyini xatırladan baş nazir əlavə edib ki, həmrəyliyin əhəmiyyəti AB-nin prinsip təşkilatı olduğunu göstərər: "Həmrəyliyin olmaması durumunda Avropanın gələcəyini ciddi yara alacaq”.

Avropanın müharibə dövrü iqtisadi plan yaradaraq müqavimət, yenidənqurma və kompensasiya dəstəyinin təmin edilməsinin vacibliyinə diqqət çəkən Sançez qitənin iqtisadiyyatının AB-nin dəstəyi və resursları ilə müdafiə edilən “Yeni Marşal Planı” əsasında qurulmasının lazım gəldiyini bildirib.

Birlikdə hərəkət etməyi vacib sayan İspan hökumət başçısı “Birimiz qalib gəlməsək hamımız itirəcəyik” xəbərdarlığını edib.

Avropa Birliyi komissiyasının rəhbəri Ursula von der Leyen də yazdığı məqalədə “Avropa üçün Marşal Planına ehtiyac var” fikrini işlədib. Onun fikrincə, daha böyük fəlakətin qarşısını almaq üçün milyardlarla avro sərmayə qoymaq nəsilləri birləşdirəcək.

Yeri gəlmişkən qeyd edək ki, Avropa Komissiyası Yunanıstan, Polşa və Portuqaliya üçün milyardlarla avro dəyərində yardım paketini təsdiqləyib. Komissarlıq Kovid-19-a qarşı mübarizədə bu üç ölkəyə 37 milyard avro dəstək verəcək. Portuqaliya 13, Polşa 22, Yunanıstan isə 2 milyard avro yardım alacaq.

Aprel ayının əvəlində həm Madrid, həm də Roma AB-dən “Korona istiqramızı” adlandırılan Avrobondlar buraxmaq tələbi irəli sürüb, amma Hollandiya və Almaniyanın vetosu ilə təklif rədd edilib. Hətta Hollandiya rəsmi Madridi bu məsələdə israrlı olduğuna görə ittiham edib.


Müəllif: Cavad

Oxşar xəbərlər