ABŞ-da son bir gündə daha 1 151 nəfər pandemiyanın qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 9 654 nəfərə çatıb.
Bundan başqa, son bir gündə ABŞ-da daha 25 722 nəfər infeksiyanın daşıyıcısına çevrilməklə yoluxanların sayı 337 971-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 289 000-i ötüb. Bunların 272 115 nəfəri sağalıb, 70 625 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.