7 Aprel 2020 13:14
4 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı Rusiya hərbi bazasının hərbçiləri qış təlim dövründə nəzarət yoxlamasından keçməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsi məlumat yayıb.

Məlumata görə, bir həftə ərzində şəxsi heyət taktiki, mühəndislik, döyüş, kəşfiyyat və fiziki hazırlıq da daxil olmaqla, əsas təlim məsələlərində sınaqlardan keçəcək.

Yoxlamada iştirak edən bütün hərbi personal kiçik çaplı silahlar və hərbi texnikalarda atəşi təlimlərini, habelə avtomobil və zirehli texnikanın idarə edilməsi üçün sınaq təlimlərini yerinə yetirəcəklər.

Cənub Hərbi Dairəsi qoşunlarının komandanı general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi ilə qış təlim dövründə baş tutan yoxlamanın bir xüsusiyyəti təlimlərinin yalnız gecə saatlarında keçirilməsidir.


Müəllif: Mənsur Rəğbətoğlu