8 Aprel 09:28
4 246

NATO-nun dörd gəmisi Gürcüstanın Poti limanına daxil olub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İtaliyanın ITS VIRGINIO FASAN, Kanadanın HMCS FREDERICTON, Rumıniyanın ROS REGINA MARIA, Bolqarıstanın BGS VERNI gəmiləri Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə təlimlərdə iştirak edəcəklər. Təlimlərə Türkiyənin TCG SALIHREIS gəmisi də qoşulacaq.

Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır.

Koronavirus epidemiyasına görə təlim çərçivəsində görüşlər videokonfrans formatında keçiriləcək. Birgə təlimlər heyətin iştirakı olmadan gəmilərin manevrlərindən ibarət olacaq. /Report/


Müəllif: Teleqraf.com