İran Prezidenti Həsən Ruhani Beynəlxalq Valyuta Fondundan (BVF) Tehranın koronavirusla mübarizə çərçivəsində istədiyi krediti verməyi tələb edib.
Teleqraf.com xəbər verir ki, Prezident Ruhani fonddan İranın tələb etdiyi 5 milyard dollar civarında krediti fövqəladə vəziyyəti nəzərə alaraq ayırmasını istəyir.
Ruhani hökumətin toplantısında beynəlxalq qurumları vəzifələrini yerinə yetirməyə səsləyərək bildirib ki, İran BVF-nin üzvüdür və kredit verərkən ayrıseçkilik olmamalıdır.
Prezident həmçinin ABŞ-ın İrana qarşı sanksiyalarını “iqtisadi və tibbi terrorizm” kimi qiymətləndirib.