ABŞ-da ardıcıl olaraq ikinci sutkadır ki, yeni növ koronavirusa yoluxma nəticəsində rekord sayda ölüm nəticələri qeydə alınır: aprelin 8-nin yekunlarına görə bu göstərici 1973 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Universitetin məlumatına əsasən, ABŞ-da 430 376 nəfər koronavirusa yoluxub, 14 739 nəfər vəfat edib, 23 707 nəfər isə sağalıb.