Sovet İttifaqı marşalı İvan Konevin qızı Natalya marşalın Praqada sökülən abidəsinin Rusiyaya qaytarılması təşəbbüsü ilə çıxış edib.
Teleqraf.com-un xəbərinə görə, o deyib: “Biz, İvan Stepanoviç Konevin ailə üzvləri, abidəni evə gətirmək üçün imza toplamağa başlamışıq”.
İmza toplamağın Change.org platformasında aparıldığı qeyd olunur.
İ.Konevin qızının dediyinə görə, abidənin Rusiyaya qayıtması onun arzusudur: “Mən əvvəllər bu barədə danışmamışam, çünki abidənin Praqada bir neçə onillik boyu olduğu yerində qalacağına ümid var idi”.
Qeyd edək ki, Sovet İttifaqı marşalı İvan Konevin Praqada yerləşən abidəsi aprelin 4-də sökülüb, yerli bələdiyyənin başçısı Ondrjey Kolarj isə sosial şəbəkələrdə bu xəbəri təhqiramiz ifadələrlə müşayiət edib.