9 Aprel 2020 16:06
21 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin koronavirusla mübarizə çərçivəsində Ermənistana tibbi yardım göndərib.

Teleqraf.com xəbər verir ki, İrəvana yola salınmış yardım qutularının üzərindəki qeydlər sərt reaksiyalar yaradıb.

Qutuların üzərinə “Dostluğumuz Ağrı dağından daha yüksək və Yanqtze çayından daha uzun olsun” qeydləri yer alıb.

Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda ortaya çıxan bu mənzərə sosial şəbəkələrdə Türkiyə və Azərbaycan vətəndaşlarının etirazlarına səbəb olub. Hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, Ağrı bölgəsi Ermənistanın Türkiyəyə iddia etdiyi əraziləri arasında yer alır.


Müəllif: Mənsur Rəğbətoğlu