10 Aprel 2020 18:26
2 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan Ermənistanın sabiq rəhbəri Robert Köçəryanın müdafiəçiləri ölkə prezidenti Armen Sərkisyana müraciət edərək məhkəmə prosesindəki çətinlik səbəbindən yaranmış dalan vəziyyətinə müdaxilə etməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə R.Köçəryanın vəkillər qrupunun rəhbəri Elina Saakova məlumat verib.

Bundan əvvəl Saakova agentliyə bildirmişdi ki, martın 17-nə təyin olunan məhkəmə iclası hakim Anna Danibekyanın “özünü pis hiss etməsi səbəbindən” təxirə salınıb. Həmin gün müdafiə tərəfi məhkəmənin Ermənistanın keçmiş baş nazirlərinin şəxsi zəmanəti ilə Köçəryanın sərbəst buraxılması ilə bağlı müraciəti müzakirə edəcəyini hesablayırdı.

Vəkillər bildiriblər ki, iclasın təxirə salınması ilə bağlı xəbərdarlıq onlara qeyri-korrekt formada çatdırılıb. Sonradan məlum olub ki, Danibekyan əməliyyat olunub. Onun işə nə zaman çıxacağı isə bilinmir. Son nəticədə vəkillər bu işi başqa bir hakimə verə bilməyiblər.

“Müdafiə qrupu ölkədə koronavirus infeksiyasının yayılmasını və baxılan cinayət işində dalan vəziyyətinin yaranmasını nəzərə alaraq konstitusiyadakı səlahiyyətləri çərçivəsində addımlar atılması xahişi ilə prezident Sərkisyana müraciət edib.

Bu bəyanata, həmçinin İngiltərə Vəkillər Palatasının üzvü Edvard Fitscerald da qoşulub”, – deyə o bildirib.
Onun sözlərinə görə, prezidentə xüsusən məhkəmə iclaslarının artıq kifayət qədər uzun müddət ərzində keçirilmədiyi və hakim haqqında heç bir məlumat olmadığı barədə informasiya verilib.

“Müdafiə tərəfi açıqlamada vurğulayıb ki, belə olan şəraitdə Köçəryanın ədalətli mühakimədən məhrum edildiyi aşkar olur. Bu baxımdan insan hüquqlarının müdafiəsi, şəxsi azadlıq və ədalətli məhkəmə araşdırması kimi konstitusion hüquqların müdafiəsi ilə bağlı məsələlər meydana çıxır”, – deyə Saakova qeyd edib.

O əlavə edib ki, müdafiə tərəfinin fikrincə, Sərkisyan hakim Danibekyanın şəxsi işi ilə mütləq tanış olmalıdır ki, məhkəmə iclasının keçirilməməsinin səbəblərini başa düşsün.


Müəllif: Səxavət

Oxşar xəbərlər