Rusiyada 1300 məhkumun saxlanıldığı həbsxanada üsyan çıxıb.
Teleqraf.com xəbər verir ki, hadisə Rusiyanın Arxangelsk vilayətinin Anqarsk bölgəsində 15 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Məlumata görə, gözətçilərin axtarış aparmasına icazə verməyən məhkumlar arasında əvvəlcə mübahisə yaranıb. Bundan sonra qarşıdurma yaranıb.
17 məhkum biləyini kəsərək gözətçilərin pis rəftarına diqqət çəkib. Bunu eşidən digər baraklardakı məhkumlar qapıları sındıraraq üsyan başladıb. Rəsmi qurumlar üsyanı yatırtmaq üçün silahdan istifadə edib. Çoxlu sayda məhkumun yaralandığı deyilir.
Müəssisədə başlayan yanğına müdaxilə edən polislərin bir qismi həbsxanaya daxil olub. Bu zaman bəzi məhkumlar zərərsizləşdirilərək saxlanılıb. Polislər həbsxananın digər inzibati binalarına hələ də daxil ola bilmir. Hazırda üsyanın yatırılması üçün əlavə tədbirlər görülür.