Türkiyənin Sakarya şəhərində koronavirusa qalib gələn 86 yaşlı Rəsmiyyə İşıq beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Sakaryanın Söyüdlü mahalında Ümrə ziyarətindən qayıdan oğlu və gəlini ilə görüşəndən sonra Covid-19-a yoluxan Rəsmiyyə İşıq 9 gün müalicə aldıqdan sonra sağalaraq evə buraxılıb.
Aprelin 5-də beyninə qan sızan 86 yaşlı qadın həkimlərin müdaxiləsinə rəğmən dünən gecə saatlarında həyatını itirib.