30 Sentyabr 2014 12:45
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Baş Prokurorluğu Rusiya İstintaq Komitəsinin (RİK) bir sıra səlahiyyətli şəxsləri barəsində cinayət işi başladıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu, RİK tərəfindən Ukraynanın cənub-şərqində rusdilli əhalinin soyqırımı haqda cinayət işinə cavab olub.

Rəsmi Kiyev RİK-in hərəkətlərini Ukraynanın daxili işinə müdaxilə hesab edir: “Əsassız şəkildə Ukrayna hüquq-mühafizə orqanlarının, silahlı qüvvələrinin fəaliyyətinə qanunsuz müdaxilə olunur”.

İdarədən RİK-in hansı səlahiyyətli şəxsləri barəsində cinayət işinin başladıldığı açıqlanmayıb.

Cinayət işi "terrorçu təşkilata yardım", "hüquq-mühafizə orqanının işçisinin fəaliyyətinə müdaxilə" və "dövlət işçilərinin fəaliyyətinə müdaxilə" maddələri ilə açılıb.

Qeyd edək ki, RİK Ukraynanın cənub-şərqində rusdilli əhalinin soyqırımı barəsində cinayət işi açıb. Rusiya iddia edir ki, 2014-cü ilin aprelindən başlayaraq Ukraynanın siyasi və hərbi rəhbərliyi məhz rusdilli əhalinin tam məhvinə yönəlik əmrlər verib.

Samir


Müəllif:

Oxşar xəbərlər