14 Aprel 2020 13:02
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefa verməsindən sonra yaşanan proseslər, onu istefadan imtina etdirən məqamlar açıqlanıb. Bu barədə köşə yazarı Əbdülqadir Selvi yazıb.

Teleqraf.com xəbər verir ki, hökumətə yaxınlığı ilə seçilən yazar qeyd edib ki, Soylu istefa verdikdən sonra Prezident Ərdoğan ona telefon açaraq istefasından vaz keçməsini istəyib.

Yazar əlavə edib ki, tərəflər arasında telefon danışığı aprelin 12-dən 13-nə keçən gecə, saat 01:30-da baş verib. Həmin telefon danışığı zamanı nazir Soylu sıxıntılarını qeyd edib və məsuliyyəti üzərinə götürərək, istefa verdiyini bildirir. Telefonda nazir “biz siyasətçilər gəldi-gedərik, əhəmiyyətli olanı dövlətimizin bunadan zərər görməməsidir” deyib.

Prezident Ərdoğan isə Süleyman Soyluya “Bir az səbir, Süleyman, səbir” deyir. Bundan sonra Soylu 2 il əvvəl Trabzonda istefa qərarı verdiyi zaman da ona sahib çıxan prezidentə təşəkkür edir: “Çox sağ olun, bizə sahib çıxdınız, bizi ətrafınıza yığdınız. Həyatımın sonuna qədər sizə sadiq olacağam”.

Prezident Ərdoğan isə nazirə bildirir ki, onun fəaliyyətindən məmnundur. Əlavə edir ki, kritik bir mərhələ var və mübarizə davam edir.

Daha sonra prezident daxili işlər nazirinə deyir ki, hökumətin toplantısında iştirak etsin və özü iclasdan sonra açıqlama verəcək.

Bununla da prezident və nazir arasında telefon danışığı bitir və istefa məsələsi gündəmdən çıxır.


Müəllif: Cavad

Oxşar xəbərlər