Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların yeni başçısı Araik Arutyunyanı qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüş Ermənistanın paytaxtında baş tutub.
Görüşdə separatçı rejimin başçısı üçün qarşıda duran vəzifələr müzakirə edilib.
Erməni spiker növbəti dəfə ölkəsinin danışıqlar masasındakı separatçı mövqeyini nümayiş etdirib. O, Mirzoyan Ermənstan rəhbərliyinin Qarabağın (separatçı rejimin) ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar masasına cəlb olunması üçün gördüyü işləri davam etdirəcəyini bildirib.