17 Aprel 2020 19:31
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha 126 nəfər pandemiyanın qurbanı olub.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 769 nəfərə çatıb.

"Bu gün 40 270 test aparılıb, 4 353 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 78 546 nəfərdir. Bu gün daha 1 542 pasiyent sağaldı, sağalanların ümumi sayı 8 631 nəfərdir", - nazir deyib.


Müəllif: Teleqraf.com