ABŞ-ın Yel Universitetinin mütəxəssisləri koronavirusun daha bir simptomunu aşkar ediblər.
Teleqraf.com xəbər verir ki, amerikalı alim Vinsent Diazın yeni simptomun "qeyri-adi və nadir" olduğunu deyib.
Belə ki, gözlərin qızartısı bədəndə koronavirusun olduğundan xəbər verə bilər. Diazın sözlərinə görə, virus bəzi insanlarda gözlərin səthinə təsir göstərə bilər.
Göz qızartısı bəzən bədənin allergik reaksiyasının yaratdığı sadə konyunktivitə dəlalət etsə də, Diaz hər halda həkimə müraciət etməyi məsləhət görür: "Xüsusən də xəstədə koronavirusun digər simptomları da varsa, o, müzyinə olunmalıdır".