19 Aprel 2020 10:47
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı sarsıdan və hazırda planetimizdə dörd milyarddan artıq insanın həyatına müxtəlif formada məhdudiyyətlər gətirən koronavirus pandemiyasının nə zaman başa çatacağı və bəşəriyyətin normal gündəlik həyata nə zaman dönə biləcəyi böyük sual doğurur.

Teleqraf.com xəbər verir ki, Avstriyanın aparıcı infektioloqlarından biri, Vyana Frants Yozef Xəstəxanasının İnfeksiyalar şöbəsinin rəhbəri Xristof Veniş Avstriya Teleradiosunun (ORF) birinci kanalına (Ö1) müsahibəsində bu suala aydınlıq gətirməyə çalışıb. O, qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində koronavirus infeksiyasına qarşı ayrı-ayrı dərman preparatlarından istifadə edilir və onların bəziləri böyük ümidlər doğurur. Lakin hazırda yeddi milyard insanın yolunu gözlədiyi peyvənd ciddi elmi araşdırmaların nəticəsi olmalıdır. Həmin peyvəndin dünya bazarına çıxarılması üçün uzun zaman tələb olunur və bu, 2022-2023-cü ildən tez baş verməyə bilər.

Onun sözlərinə görə, həmin vaxta kimi normal gündəlik həyata tam şəkildə geri dönüş mümkün olmaya bilər və hər bir ölkə virusun yenidən geniş yayılmasını önləmək üçün tədbirlər görməyə hazır olmalıdır: "Çünki COVİD-19 yalnız peyvənd tapıldıqdan sonra aradan qalxacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər