20 Aprel 2020 10:26
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

1945-ci ildəkidən daha pis iqtisadi böhran gəlir. Biz virusla yaşamağı öyrənməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransanın Baş naziri Eduoard Filippe koronavirus haqqında danışarkən deyib.

Mayın 11-dən sonra ölkədə karantin rejiminin aradan qaldırılmasını mümkün sayan Baş nazir pandemiyadan sonra iqtisadi böhran yaşanacağını düşünür: “Virus səbəbli iqtisadi böhran yeni başlayır. 1945-ci ildən daha pisi gəlir. İqtisadi fəaliyyətin 36, sənaye fəaliyyətinin 43, inşaat sektorunun 88, turizm və xidmət sektorunun 90 faizi dayanıb. İqtisadi böhran şiddətli olacaq”.

Baş nazir əlavə edib ki, əvvəlki vəziyyətə qayıtmaq uzun zaman alacaq: “2021-ci ilə qədər vaksin tapılmayacaq. Virusla yaşamağı öyrənməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər